Şifahi tərcümə

Konfrans, seminar, rəsmi görüş, konqress, konvensiya və təqdimatlar üçün sinxron tərcümə xidmətləri.

Ardıcıl tərcümə nədir?

Ardıcıl tərcümə zamanı tərcüməçi  fikrin tamamlanmasını gözləyərək natiqin çıxışını hədəf dilə tərcümə edir. Tərcüməçilərimiz uzun ifadələri düzgün şəkildə tərcümə etmək üçün xüsusi qeyd götürmə və yaddaş texnikaları üzrə təlim keçmişlər.

Ardıcıl tərcümə azsaylı qruplar və ya şəxsi görüşlər üçün daha məqsədəuyğundur. Nümunə olaraq işgüzar görüşləri, mətbuat konfranslarını, müsahibələri, telekonfransları və ya təkbətək görüşləri göstərmək olar.

Sinxron tərcümə nədir?

Sinxron tərcümə zamanı iştirakçılar qulaqcıqdan istifadə edir.  Natiq çıxış  edərkən tərcüməçi onun nitqini sinxron olaraq hədəf dilə tərcümə edir. Tərcümənin bu növünün həyata keçirilməsi üçün diqqətin tam şəkildə yönəldilməsi tələb olunduğundan sinxron tərcüməçilər hər zaman iki nəfərdən ibarət komandada çalışır. Adətən tərcüməçilər diqqətlərinin tam tərcüməyə yönəldilməsi və kənar səslərin eşidilməməsi üçün səskeçirməz kabinələrdə əyləşirlər.

Tərcümənin bu şəkildə icrası vaxta qənaət etmək ilə yanaşı konfrans və görüşlər zamanı böyük həcmli məlumatların tərcümə olunması üçün əlverişli sayılır. Səs avadanlıqlarından istifadə iştirakçıların sayına məhdudiyyət qoyulmadığını bildirir.

Bilinməsi lazım olan məlumatlar …

Müxtəlif tərcümə kateqoriyalarından sinxron (konfrans) tərcümə, sözsüz ki, ən çox tələbat olan tərcümədir

Minimum 2 tərcüməçi tələb olunur. Əgər siz bu xidməti bütün gün ərzində tələb etsəniz, işdən irəli gələn əqli yorğunluğa görə ən azı iki nəfər tərcüməçidən istifadə etmək lazımdır.

Mütəxəssis avadanlığı tələb olunur. Yadda saxlamaq lazımdır ki, əgər müştəri “pıçıltı ilə tərcümə”ni istəmirsə, bu işin təbiəti mütəxəssis avadanlığını tələb edir. Adətən, tərcüməçi xüsusi kabinədə əyləşir və onun səsi tədbir iştirakçılarından hər birinə ötürülən elementləri qəbul edən miniatürə yayılır. Global Trust bilavasitə bu cür avadanlıqla təchiz edir. Daha ətraflı məlumat üçün “Avadanlıq” səhifəmizə daxil olun.

Giriş məlumatı. Sinxron tərcüməyə başlamazdan öncə tədbirin mövzusu ilə tanışlıq üçün müvafiq giriş məlumatının (tədbirin proqramı, tədbir barəsində məlumat və s.) olması çox vacibdir. Tərcümə real vaxtda yerinə yetirildiyindən geri qayıtmağa və səhvləri düzəltməyə imkan olmur.

Tərcümə barədə daha ətraflı məlumat əldə etmək, yaxud səriştəli tərcüməçilərin yararlılığının yoxlanması üçün, xahiş edirik ki, bizimlə +994503395421, (+99412) 4368034, (+99412) 4368035 nömrəli telefonla və ya e-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: info@globaltrust.com.az