Konfrans və görüşlərin keçirilməsi üçün universal mağaza
Tərcüməçilərlə təmin etməklə yanaşı, biz sifarişçini həm də tərcümə avadanlığı ilə təchiz edir, avadanlığın quraşdırılması, yerləşdirilməsi, ona texniki qulluq göstərilməsi üçün təlim keçmiş və təcrübəli texniki işçilərlə təmin edirik.
Tərcüməçi kabinələri, mikrofonlar, qulaqcıqlar, ötürücülər, pultlar və digər bu kimi səs və səsyazma komponentləri də daxil olmaqla Philips-Bosch şirkətinin istehsalı olan konfrans sistemlərinə aid müasir tərcümə avadanlığını təklif edirik.
Biz bütün avadanlığın texniki quraşdırılmasından tutmuş tərcüməçilərin təmin edilməsinə qədər bütün ehtiyaclarına həssaslıqla yanaşacağıq.
Çeviklik bizim üçün prioritetdir və biz konfransların, görüşlərin bütün forma və ölçülərdə olması barədə məlumatlıyıq. Sizin tələbinizin nə dərəcədə böyük, yaxud kiçik olmasına baxmayaraq, biz sizə lazım olan tərcümə avadanlığını əldə edəcəyinizə təminat veririk.
Biz hansı avadanlıqla təchiz edirik ?
Sizə lazım olan və bizim təchiz etdiyimiz tərcümə avadanlığı və xidmətlərinə aşağıdakıları misal göstərmək olar:
Səskeçirməyən tərcümə kabinələri – adi tərcüməçi kabinələri tərcüməçilərinizin konfransda kənarda olmasına imkan verir.
Tərcüməçi pultları, tezlik yaradan cihazlar, səsyazma cihazları – konfrans/görüş formatlarının geniş diapazonunu əhatə etmək üçün bir çox konfiqurasiyalarda mövcuddur.
Tərcümə avadanlığı üzrə təcrübəli texniki işçilər – Görüş, yaxud konfranslar zamanı tərcümə sistemlərini qaydaya salan, təşkil edən və onlara nəzarət edən peşəkar texniki heyətdir.
Nümayəndələr üçün elementlər – Buraya nümayəndələr və iştirakçılar üçün mikrofonlar, qulaqcıqlar daxildir.
Digər avadanlıq
Sinxron tərcümə sistemlərimizdən əlavə, biz sizə tədbiriniz üçün tələb olunan digər avadanlıqları da, məsələn, LCD proyektorlar, monitorlar, səs sistemləri, simsiz mikrofonlar (yerdən verilən suallar üçün), LCD monitorlar, dinləmə sənədləri üçün video və səsyazma cihazlarını təklif edirik.