Şirkət haqqında

Nə zaman başladıq?

Bir neçə illik tərcümə işindən sonra fəaliyyətimizi 2002-ci ildən Global Trust şirkəti olaraq yazılı tərcümə, lokalizasiya və şifahi tərcümə sahələri üzrə davam etdirdik. Bu günədək Azərbaycan dili üzrə tərcümə xidmətləri təqdim edirik. 15 illik fəaliyyətimiz və təcrübəmiz sayəsində bazarda lider tərcümə şirkəti mövqeyini tutmaqdayıq.

Nə edirik?

Yazılı tərcümə bizim əsas işimizdir. Eyni zamanda ardıcıl və sinxron tərcümə üzrə ixtisaslaşmışıq. Yazılı tərcümədə müasir texnoloji yenilikləri tətbiq edərək tərcümənin daha sürətli, daha keyfiyyətli və daha ucuz başa gəlməsinə nail olmuşuq. Bundan əlavə, müştərilərimizlə birgə işləyərək onlar üçün terminologiya lüğəti tərtib edir, müştərinin tərcüməçisi varsa onunla bərabər təsdiqlənmiş terminlər siyahısı hazırlayırıq ki, bu da gələcəkdə müştərinin işlərini çox asanlaşdırır.

Şifahi tərcümə üzrə də geniş təcrübəmiz var. Sinxron tərcümə avadanlığımız olduğu üçün yeni sinxron tərcüməçilərin yetişməsinə də dəstək veririk. Cəsarətli və bacarığına etibar edən yeni tərcüməçilər bizim bu üstünlüyümüzdən faydalana bilər.

Nə üçün “Global Trust”-ı seçməli?

Çox sadə! Azərbaycan dilinə tərcümə sahəsində 15 illik təcrübə ilə sizə sürətli, keyfiyyətli və ucuz tərcümə xidməti göstərmək üçün çalışırıq. Tərcüməçilərimiz sizə istədiyiniz keyfiyyəti təmin edə bilmək üçün bütün zəruri vəsait və təcrübəyə malikdirlər.
Təcrübə sahələrimiz

İmicimiz

“Global Trust” Tərcümə Şirkəti olaraq biz hər bir layihənin vacibliyini və müştərilərimiz üçün tam keyfiyyətin əldə olunmasının vacibliyini anlayırıq. Bizim keyfiyyət öhdəliyimiz müştərilərimizə tam və çevik xidmət təklif etmək üçün etibarlı, məsuliyyətli və peşəkar tərzdə işləməkdən ibarətdir.
Müştərilərimiz